Hərbi gəmilər mübahisəli adalara yaxınlaşır

Hərbi gəmilər mübahisəli adalara yaxınlaşır

Çinin 7 hərbi gəmisinin Yaponiya ilə mübahisəli adalara yaxınlaşdığı bildirilir. Yaponiya Müdafiə Nazirliyinin açıqlamasına görə Yonaqui adasının cənub qərbində yerli saatla 07:00 da Çinə aid 7 hərbi gəmi təsbit olunub. Nazirliyin rəsmisi Sakit okeanda üzən gəmilərin Cənubi Çin Dənizinə doğru üzdüyünü bildirib.

Qeyd edək ki, bu adalar bir neçə ay əvvəl Çinin "Diaoyu" Yaponların isə "Senkaku" adlandırdığı adalar qrupu üzərində mənsubluq məsələsi ətrafında gərginliyə səbəb olmuşdu.

İki ölkə arasında mübahisəyə səbəb olan adalar 5 böyük ada və 3 balaca mərcan adasından ibarətdir.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə