2 ölü, 14 yaralı

İraqın Kərkük və Səlahəddin şəhərlərində baş verən partlayışlarda 2 nəfər ölüb, 14 nəfər yaralanıb. Kərkük şəhər Bələdiyyəsinin binası önündə bomba yüklü maşının partlaması nəticəsində 1 polis ölüb, 8 nəfər yaralanıb. Partlayışın icra hakimi ilə Bələdiyyə sədri arasında keçirilən görüş zamanı baş verdiyi bildirilib.

Səlahəddin şəhərinin daha çox türkmənlər yaşayan Tuzhurmatu qəsəbəsində bomba yüklü maşının partlaması nəticəsində 1 polis ölüb, 1-i polis olmaqla 6 vətəndaş yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə