100-ə yaxın məhkum qaçdı

Lviyanın paytaxtı Tripolidəki həbsxanalardan birində kütləvi qaçış olub. Ərəb mənbələrinin verdiyi məlumata görə, "Əl Cadida" cəzaçəkmə müəssisəsinin 100-ə yaxın məhkumu artıq azadlıqdadır. Təhlükəsizlik qüvvələri məhkumları axtarır. Son məlumatlara görə, qaçan məhkumlardan 64-ü yaxalanıb.

Şahidlər bildiriblər ki, qaçış zamanı atışma olub. Həbsxananın ərazisində alov və tüstü görünüb.

Bütün xəbərlər Facebook səhifəmizdə