PKK müəllim ovuna çıxıb

Türkiyə Siirt vilayəti Pervari rayonun Doğan kənd yaxınlığında yolu kəsən PKK terror təşkilatının bir qrup üzvü 3 qadın müəllimi və onların olduğu avtomobilin sürücüsünü qaçırıb. "İhlas" agentliyinin məlumatına görə, hadisənin ba.ş verdiyi yerə çox sayda polis və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Herkol dağına qaçdığı müəyyən olunan terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə əməliyyatlar başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə