Reuters Agentliyinin verdiyi xəbərə görə, İsveçin maliyyə naziri Anders Borq bildirmişdir ki, çox güman, Yunanıstan qarşıdakı altı ayda avrozonanı tərk edəcəkdir. Beynəlxalq Valyuta Fondunun Tokio görüşünün kuluarlarında Borq telefonla keçirilmiş mətbuat konfransında lazımi tədbirlərin həyata keçirilməsi sahəsində Yunanıstanın imkanlarına şübhə ilə yanaşdığını və bu ölkənin rəqabət qabiliyyətinin çox zəif olduğunu bildirib.
O deyib: "Onların rəqabət qabiliyyətini artırmadan və valyutanı xeyli zəiflətmədən vəziyyəti necə nəzarətə götürə biləcəklərini anlamaq çətindir. Zənnimcə, onların çıxma ehtimalı daha yüksəkdir. Ola bilsin ki, bu, növbəti yarım ildə baş verəcəkdir".
Borq həmçinin Yunanıstanın borclarının silinməsinə qarşı çıxdığını bildirib. Onun sözlərinə görə, kreditlərin silinməsini Finlandiya, Almaniya, Fransa və Niderland kimi ölkələrin seçicilərinə izah etmək çətin olacaqdır, çünki onları əmin etmişlər ki, onların pulları borc verilib və bu, təhlükəsizdir.
Qeyd edək ki, Avropa siyasətçiləri hər həftə ya Yunanıstanı avrozonadan çıxmağa təhrik edirlər, ya da Afinanı milli valyutaya – draxmaya qayıtmaqdan nəyin bahasına olursa-olsun qorumağı vəd edirlər. Rusiyanın kütləvi informasiya vasitələri xəbər verir ki, Yunanıstan sakinləri isə Aİ-nin məhdudlaşdırıcı tədbirlərinə qarşı çıxırlar, öz sponsorlarını xalqı var-yoxdan çıxarmaqda ittiham edirlər.
Xatırladırıq ki, 2012-ci il oktyabrın 12-14-də Tokioda BVF-in və Dünya Bankının müdirlər şuralarının illik iclasları keçirilir. Bundan başqa, 2012-ci il oktyabrın 11-də orada BRICS-in maliyyə nazirlərinin görüşü olmuşdur. Seçicilərə Afinanın borclarının silinməsini izah etmək çətin olacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB