Axtarış başa çatdı

Türkiyə tərəfindən Ərzurum hava limanına enməsi tələb edilən Ermənistana məxsus yük təyyarəsində aparılan axtarış başa çatıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə baş nazirinin müavini Bülənt Arınç təyyarədə hər hansı şübhəli yük aşkar edilmədiyini açıqlayıb.

"Ermənistan tərəfi Hələbə humanitar yardım aparıldığını demişdi. Təyyarə yerə endirildi, yoxlanıldı və bunun doğru olduğu anlaşıldı. Təyyarənin yoluna davam etməsinə icazə verdik. Deməli biz bu mövzuda çox ciddiyik, işimizi lazım olduğu kimi yerinə yetiririk və vəzifəmizi icra edirik",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə