İranın gizli planı!

İranda daxili vəziyyətin qarışdığı bir vaxtda Körfəzdə sular yenidən isinməyə başlayıb. Belə ki, İran hökumətinin yeni gizli planı üzə çıxıb. Almaniyanın "Der Şpigel" qəzeti qərb kəşfiyyatına istinadən yaydığı xəbərdə, qərbin sanksiyalarından dolayı ağır böhran keçirən İranekoloji fəlakəti silah olaraq işə salmaq qərarına gəlib.

"Bulanıq sular" adlı gizli planda dünya neftinin hər gün 35 % -nin ötürüldüyü İran Körfəzində tanker qəzasını həyata keçirməyi nəzərdə tutub. Bununla da körfəzə külli miqdarda neft axacaq. Beləliklə, neft tankerlərinin keçdiyi beynəlxalq yollar bağlanacaq və neft birjaları alt üst olacaq, qərbin müttəfiqi olan ərəb ölkələrinə isə külli miqdarda zərər dəyəcək.

İran İnqilab Keşikçiləri korpusunun fikirlərinə görə, qərb dövlətləri körfəzin təmizlənməsi üçün yardım ayıracaq və İrana olan təzyiqləri qismən azaldacaqlar. Planın hansı şərtlər daxilində həyata keçiriləcəyi isə bildirilmir.

Qeyd edək ki, bu planın həyata keçirilməsi üçün İranın ali dini lideri Ayətulla Əli Xomneyinin təsdiqləməsi şərtdir.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə