Türkiyə ilə Suriya arasındakı gərginlik gün keçdikcə artır.Əgər Türkiyə təxribatlara uyaraq Suriyaya daxil olsa, bu III dünya müharibəsinin başlamasına səbəb ola bilər. Bu barədə İstanbul Qlobal Formunda iştirak edən "Əl Qüds Əl Ərəb" qəzetinin baş redaktoru Əbdülvari Atvan məlumat verib.
Onun fikrincə, sərhəddəki gərginlik Türkiyəni müharibəyə cəlb etmək üçün təxribatdan başqa bir şey deyil. Suriyanın itirəcəyi heç nə yoxdur, amma Türkiyənin itirəcəyi çox şey var. Ona görə də, Türkiyə təxribatlara uymamalıdır.
Qeyd edək ki, ABŞ dakı seçkilərdən sonrada Suriya siyasətində dəyişiklik gözlənmədiyini bildirən Atvan ABŞ-ın Suriyaya hərbi müdaxilə etməyəcəyinə də əmin olduğunu deyib.
Elvin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB