Obama müsəlmandır, ya yox?

Obamanın üzüyündəki şok yazı bu mövzunu yenidən gündəmə gətirib

ABŞ-da prezident seçkilərinə üç həftə qalmış Barak Obamanın müsəlman olub-olmamasına dair müzakirələr yenidən qızışıb. Bu dəfə müzakirə mözvusu Barak Obamanın nişan üzüyü ilə əlaqədardır. İddialara görə, Obamanın nişan üzüyündə ərəb dilində "La ilahə illəllah" yazılıb.

Bu iddianı "World Net Daily" (WND) xəbər saytı irəli sürüb. Jurnalist Jerome R.Korsi tərəfindən yazılan məqalədə deyilir ki, Obama Mişel Robinsonla evlənməmişdən əvvəl, tələbəlik illərindən bu üzüyü taxır.

"Nyu Yorker" jurnalında nəşr edilən ve Obamanın 1980-ci illərdə Oksidental Kollecində təhsil alarkən çəkilmiş şəkillərdən istifadə edən sayt, prezidentin o zamanlar da eyni üzüyü taxdığına işarə edir.

Üzüyün fotoşəkillərini misirli İslam alimi Mark A.Qabrielə göndərən sayt, üzüyün üzərində "La ilahə illəllah" sözlərinin yazıldığını iddia edir. Üzüyün üzərindəki yazını araşdıran M.A.Qabriel, belə bir üzüyü taxan şəxsin İslam inancına, dininə və cəmiyyətinə çox yaxın olduğunu bildirib. İddiaların doğruluğunu araşdıran "Əl Ərəbiyə" isə Ağ Evin məsələ ilə əlaqədar suallara cavab vermədiyini açıqlayıb. B.Obamanın üzüyü ilə əlaqədar bənzər iddialar daha əvvəllər, prezidentin həqiqi atasının şəxsiyyətini araşdıran "Dreams of my Real Father" sənədli filminin prodüseri Joel Gilbert tərəfindən irəli sürülmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə