Kosmik gəmi Los-Anceles küçələrində

Kosmik gəmi Los-Anceles küçələrində

Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində sakinlər qeyri-adi mənzərənin şahidi olmaq imkanı əldə ediblər. Belə ki, öz fəaliyyətini başa vurmuş "Endeavour" şatlı muzeyə qoyulmazdan əvvəl Los-Anceles küçələrini gəzdirilərək nümayiş etdirilib.

Kosmik gəmi Los-Anceles beynəlxalq hava limanından "Kaliforniya Kosmik Mərkəzi"ndəki muzeyə doğru 19-kilometrlik yolda 2 gün ərzində yavaş-yavaş irəliləyib. Onu 160-təkərli və uzaqdan idarə sistemi ilə təchiz olunmuş daşıyıcı aparıb. Los-Anceles sakinləri nəhəng kosmik gəmiyə və onun quruluşuna heyran olduqlarını bildiriblər.

Kosmik gəminin şəhər boyunca nümayiş etdirilməsi 10 milyon dollara başa gəlib və bu məbləğ "Kaliforniya Kosmik Mərkəzi" və iş adamları tərəfindən ödənilib.

Qeyd edək ki, bu gündən tarixə qarışaraq muzey eksponatı olan "Endeavour" şatlı 4700 dəfə kosmosa göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə