Rusiyanın şimal-qərbində Novqorod bölgəsində meşə massivində İkinci Dünya Müharibəsindən qalma 26 top mərmisi 16 əl qumbarası, 9 mina ve 4 raket mərmisi tapılaraq məhv edilib. Bununla yanaşı ərazidən 5 əsgərin cəsədinin sümükləri də tapılıb.
Məlumat üçün deyək ki, rus tarixçilərinə görə, alman kəşfiyyatı Novqorodun Demyanski bölgəsinə çoxlu casus, o cümlədən hərbi sursat göndərmişdi.
Rusiya Fövqaladə Hallar Nazirliyindən bildirilir ki, 2002-ci ildən bəri bölgədən 2 min 188 hərbi sursat tapılaraq məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB