Mişel Obamanın reytinqi prezidentdən də yüksəkdir
Arvadda hünərə bax eey...

Burləşmiş Ştatların birinci xanımı Mişel Obama məşhurluğuna görə əri, ABŞ-nin dövlət başçısı Barak Obamanı da geridə qoyub. "Frans-Press" agentliyinin verdiyi xəbərə görə, bu, "The Washington Post" və ABC telekanalının sifarişilə keçirilən rəy sorğusundan sonara bəlli olub.

Sorğunun nəticələrinə əsasən, amerikalıların 69 faizi birinci xanımı, 56 faizi isə Barak Obamanı dəstəkləyib.

Mişelin reytinqi prezidentliyə digər namizəd, Respublikaçılar Partiyasının nümayəndəsi Mitt Romninin həyat yoldaşı Enn Romnidən də yüksəkdir. Enn respondentlərin 52 faiz səsini alıb.

Romninin özü isə 45 faizlə ondan da aşağı yerdə qərarlaşıb.

Qeyd edək ki, oktyabrın 4-dən 7-dək keçirilən rəy sorğusunda 1018 nəfər iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə