Artıq Türkiyə tərəfi Suriya ilə arasında olan bütün təyyarə reyslərini dayandırıb
Suriya Hava Qüvvələrinə Türkiyə təyyarələrini endirmək əmri verilib. Bu tələbə əməl olunmadıqda isə Hava Qüvvələrinə təyyarələri vurmaq barədə göstəriş də daxil olub. Bu barədə məlumatı isə Livan mətbuatı yayıb. Məlumata görə, Suriya dövlət başçısı Bəşər Əsəd ölkənin Hava Qüvvələrinə Türkiyə təyyarələri mövzusunda ciddi tapşırıqlar verib.
Qeyd edək ki, artıq Türkiyə tərəfi Suriya ilə arasında olan bütün təyyarə reyslərini dayandırıb. Rəsmi Moskva isə Türkiyə hökumətindən ötən gün endirilən Moskva-Dəməşq istiqamətində hərəkət edən təyyarə barədə hesabat gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB