ABŞ Suriyanı mühasirəyə alır

Amerika Birləşmiş Ştatları (ABŞ) İordaniyaya hərbi qüvvələr yerləşdirib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, əsas məqsəd Suriyada davam edən zorakılıqların regionda təsirlərini azaltmaqdır.

ABŞ-ın müdafiə naziri Leon Panetta məsələni bu cür xarakterizə edib: "Belə bir addımın atılmasına əsas səbəblərdən biri regionda kimyəvi və bioloji silahların istifadəsi ilə bağlı yaranmış təhlükədir. Biz İordaniya hökuməti ilə Suriyadan bu ölkəyə axın edən köçkünlərin humanitar ehtiyaclarını qarşılamaq üçün əməkdaşlıq edirik. Türkiyənin suriyalı köçkünlərə yardım etməsi cəhdləri də təqdirəlayiqdir. İordaniya ilə əməkdaşlığımız çərçivəsində, həmçinin, bölgədə kimyəvi və bioloji silah təhlükəsinə qarşı tədbirlər görülür. Biz bu cür hallar baş verərsə, ən adekvat addımın nə olduğunu müəyyənləşdirməyə çalışırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə