Ermənilər çörəklə imtahana çəkilir

Ermənilər çörəklə imtahana çəkilir

Ermənistanda ərzaq məhsulları ilə bağlı vəziyyət getdikcə pisləşir. Onların qiyməti daima artır. Bu ölkənin çörək-bulka məmulatları mağazalarında qiymətlər orta hesabla 20 dram artıb. Makaron məmulatlarının da qiyməti artıb. Yerli mətbuat sanır ki, bahalaşmanın əsas səbəbi unun qiymətinin qalxaması ilə bağlıdır, o da ki, öz növbəsində Rusiya limanlarında buğdanın indiyə kimi görünməmiş səviyyədə baha olmasından qaynaqlanır.

Ümumiyyətlə, Ermənistanda ərzaq məhsulları ilə bağlı vəziyyət gündən günə pisləşir. Dükanların piştaxtalarında ərzaq var: ət, yağ, pendir, kolbasa dolurdur, amma əsas şey - alıcı yoxdur. Yüksək qiymətlər, işsizlik, işi olanların qəpik-quruş maaşları on minlərlə erməni ailəsini ölkəni tərk etməyə məcbur edir. Gənc qadınlar isə yenidən ikinci qədim sənətlə məşğul olmağa başlayıblar, Rusiyada və başqa qonşu ölkələrdə yerli fahişələr üçün ciddi rəqabət yaradırlar.

Qiymətlər artır, amma lazım olanları əldə etmək üçünsə pul lazımdır, o da ki, getdikcə azalır. İqtisadi İnkişaf və Tədqiqat Mərkəzinin eksperti Yelena Manukyanın bu yaxınlarda dərc etdirdiyi məlumatlara görə, sosial təminatlı ailələr yoxsullarla müqayisədə beş-altı dəfə çox ərzaq məhsulları istehlak edirlər. Bu, ilk növbədə ət, yağ, meyvə və hətta çörək məhsulları, kartof və tərəvəzlə bağlıdır.

Britaniya xeyriyyə təşkilatının erməni fondunun direktoru Marqarita Akopyan hesab edir ki, əgər hökuməti yaxın zamanlarda qiymətlərin aşağı salınması və ümumiyyətlə, respublikanın iqtisadi yüksəlişi ilə bağlı tutarlı addımlar atmazsa, onda nəticələr çox ağır olacaq. Akopyan sanır ki, ərzaqın qiymətinin artması böyük sosial önəm daşıyır. Ekspertlər proqnozlaşdırır ki, sosial gərginliyin artması ilə bağlı respublikanı iki dəfə artıq insan tərk edə bilər. Amma əvəzində yeni aeroportlar peyda ola bilər. Çətin ki, onlar işləsinlər, amma belə halətdə bunları "çiçəklənən və demokratik Erməistanın rifahına özünə məxsus memarlıq abidəsi saymaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə