İsrail Knessetinə (parlament) növbədənkənar seçkilər keçiriləcək. "Euronews"un verdiyi məlumata görə, bunu yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu bəyan edib. Onun sözlərinə görə, bunu hazırkı parlament üzvlərinin ölkə büdcəsi ilə bağlı razılığa gəlmək iqtidarında olmaması zəruri edir.
Yerli müşahidəçilər hesab edirlər ki, seçkiqabağı kampaniyanın mərkəzində iki məsələ olacaq: İranla gərgin münasibətlər və İsrail iqtisadiyyatı.
Əgər deputatlar parlamentin buraxılmasına dərhal səs versələr, o zaman növbədənkənar parlament seçkiləri gələn il fevralın ortalarında keçiriləcək.
Reytinqi yüksək olan hazırkı hökumət başçısı Knessetdə özünün "Likud" partiyası üçün daha çox yer qazanmağa ümid edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB