SSRİ-nin sonuncudan əvvəlki müdafiə naziri və Sovetlər İttifaqının son marşalı Dmitri Yazov bu gün reanimasiyaya yerləşdirilib. "Vesti.ru"nun verdiyi məlumata görə, müsahibə verərkən marşalın ürəyi tutub və o, reanimasiyaya düşüb.
87 yaşlı marşal paytaxt Moskvanın hərbi hospitallarından birində müalicə alır. Təcili tibbi yardım işçilərinin ona qoyduqları ilkin diaqnoz trombozdur. Xəstəxanadan bununla bağlı və onun sağlıq durumu ilə bağlı hər hansısa açıqlama vermək istəməyiblər.
Xatırladaq ki, Dmitri Yazov 1987-1991-ci illərdə SSRİ-nin müdafiə naziri olub. 1990-cu ildə o, marşal rütbəsi alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB