Türkiyə qırıcıları Suriyaya hücuma hazırdır

Türkiyə qırıcıları Suriyaya hücuma hazırdır

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriya ilə sərhəddə yerləşən "Diyarbəkir" aviabazasına ən azı 25 ədəd F-16 qırıcı təyyarəsini göndərib. "Assoşeyted Press" agentliyi xəbər verir ki, bu barədə baş qərargah rəisi Nedcət Ezelin və yüksək rütbəli zabitlərin bölgəyə səfərindən sonra qərara gəlinib. Səfər zamanı onlar qoşunun və texnikanın yerləşdiriləcəyi yerə baxış keçiriblər.

Bu arada NATO-nun baş katibi Anders Foq Rasmussen bəyan edib ki, Türkiyəni dəstəkləmək üçün alyans bütün tədbirləri görüb və lazım olan anda onları həyata keçirəcək.

Xatırladaq ki, iki həftə öncə göyərtəsində xüsusi təyinatlıların və dəniz piyadalarının yer aldığı Türkiyəyə məxsus hərbi gəmilər Suriya sahillərinə göndərilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə