Aralarında PKK terror təşkilatının rəhbər şəxslərindən birinin olduğu 4 nəfər Fransa polisi tərəfindən şənbə və bazar günü keçirilən əməliyyatla ələ keçirilib. Məlumata görə, Adəm Uzun və daha bir nəfər şənbə günü Parisdəki kafelərdən birində, digər 2 nəfər isə Evron şəhərində saxlanılıb. Əməliyyatı idarə edən terrorla mübarizə şöbəsinin rəsmiləri şəxsləri 6 aydır izlədiklərini, onların Şimali İraqda olan PKK düşərgələrinə silah və maddi yardım göstərdiyinin aşkarlandığını bildirib.
Rəsmilər həmçinin PKK-nın silahlı və siyasi briqadaları arasında 1.2 milyon avro məbləğində pul söhbəti olduğnu və bu çərçivədə müxtəılif müqavilələr imzalandığının da müəyyən olunduğunu qeyd edib.
Bundan başqa polis mənbələri saxlanılanların bu gün məhkəməyə çıxarılacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB