Suriyanın qurtuluş resepti

Suriyanın vəziyyəti getdikcə pisləşir. Fərqi yoxdur, kim bu müharibədə mövqe üstünlüyü əldə edir, kim geri şəkilir, məsələ burasındadır ki, hər keçən gün Suriyada tərəflərin barış əllərini cəllad kötüyünə doğru çəkir. Bütün dünya ölkələrinin bu acınacaqlı durumdam çıxış planı olsa da hələlik heç kim bu addımı atmaq üçün dəstək ala bilməyib. Bəli, bəli dəstək. Dəhşət burasındadır ki, Suriyanın daxili məsələsi elə bu ölkənin daxilində həll oluna bilmir. İri dövlətlərin iri maraqları bu xalqın içinə güvə salıb.

Qonşu ölkələrin məsələyə yanaşması nisbətən fərqlidir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu səviyyəsində ortaya qoyduğu variant daha ağılabatandır.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Əhməd Davutoğlu TRT1 televiziyasında "Hərtərəfli" proqramının canlı verilişində gündəmlə bağlı sualları cavablandırarkən deyib ki, Suriya Əsədin vəzifəsini buraxacağı halda Türkiyənin dəstəyinə güvənə bilər. XİN başçısı Türkiyənin bəzi dövlətlərlə Suriya mövzusunda razılığa gəldiyini də deyib. Davutoğlu Rusiya və İranın Bəşşər Əsədin liderliyində bir keçid hökuməti qurulmasını və bütün səlahiyyətlərinin təhvil verilməsini istədiyini söyləyib. Bu müddətdə Suriya prezidentinin köməkçisi Faruk Şaranın hökumətə rəhbərlik edə biləcəyini deyən Davudoğlu Şaranın qaçmağa çalışdığı haqda məlumatın olduğunu da bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə