Birləşmiş Ştatların müdafiə naziri Leon Panetta Yaxın Şərqdə baş verən hadisələrlə bağlı Birləşmiş Ştatların narahatlığını bildirib. Ötən gün Perunun paytaxtı Limada çıxış edən Panetta qeyd edib ki, Suriyada zorakılıqların dayanmadan artması bölgə üçün təhlükə mənbəyi olaraq qalır. Onun sözlərinə görə, Suriyanın Türkiyə münasibəti isə münaqişənin daha da böyüyəcəyinə işarədir.
"Suriyada davam edən zorakı hallar hamını narahat edir. Fakt budur ki, ölkə daxilində iqtidarla müxalifət arasında müharibə gedir və müharibə yüzlərlə insanın öz həyatını itirməsi ilə nəticələnib. Türkiyə ilə Suriya arasında baş verən atışmalar münaqişənin daha da böyüyəcəyindən xəbər verir. Birləşmiş Ştatlar münaqişənin partiyalar səviyyəsində öz həllini tapmasına çalışır" - deyə Panetta fikrini bildirib.
Çıxışı zamanı Panetta, həmçinin, İran məsələsin də toxunub. O, qeyd edib ki, İrana qarşı tədbiq olunan sanksiyalar artıq öz təsirini göstərməyə başlayıb.
"Düşünürəm ki, İranın nüvə proqramı ətrafında yaranmış narahatlıqlara son qoymaq üçün Birləşmiş Ştatlar tərəfindən həyata keçirilən işlər vacib məsələlərdir. Beynəxlalq cəmiyyət bu məsələdə həmrəylik göstərir və İrana qarşı ciddi iqtisadi sanksiyaların tədbiq olunmasını istəyir. Hazırkı sanksiyalar İran iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir edib və bunun nəticəsi olaraq son bir neçə həftədir ki, ölkədə etiraz aksiyaları başlayıb" - deyə Panetta əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB