İsrail naməlum təyyarəni vurdu

İsrail naməlum təyyarəni vurdu

İsrail silahlı qüvvələri ölkənin hava sərhədinə icazəsiz daxil olan naməlum təyyarəni vurublar. Rəsmilərin verdiyi məlumata görə, təyyarə ölkənin cənub bölgəsində manevr edərkən vurulub. Qəzalı təyyarənin yerə düşməsi nəticəsində heç kimin xəsarət almadağı bildirilir.

Məsələ ilə bağlı açıqlama verən podpolkovnik Avital Leyboviç bildirib ki, təyyarə hava məkanına müdaxilə edən zaman ona xəbərdarlıq edilib, lakin təyyarənin buna məhəl qoymaması İsrail hava qüvvələrinin hücum etməsinə əsas verib. Məlumata görə, müşahidə zamanı təyyarə Qəzza zolağının hava məkanında hərəkət edirmiş.

Rəsmilər təyyarənin haradan daxil olduğunu müəyyən edə bilməyiblər. Təyyarənin Fələstin bölgəsindən gəldiyi fakt isə təkzib edilir. Hazırda hücumla bağlı istintaq başladılıb. Leyboviç əlavə edib ki, təyyarədə heç bir partlayıcı maddə olmayıb. Təyyarənin kəşfiyyatçı təyyarə olduğu güman edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə