“Tezliklə İranda “Fars baharı” başlanacaq”

“Tezliklə İranda “Fars baharı” başlanacaq”

İsrail xarici işlər naziri Avigdor Liberman İranda valyuta ucuzlaşması ilə bağlı etirazları şərh edərkən tezliklə "Fars baharı"nın başlanacağını deyib."Əl-Ərəbiyyə" telekanalı bildirir ki, Liberman İsrailin hərbi radiosuna müsahibəsində "Ərəb baharının" "Fars baharı" ilə əvəzlənəcəyini vurğulayıb.

""Ərəb baharının" davamı "Fars baharı" olacaq. Qeyri-sabitlik bütün İranda yayılır. Şübhəsiz, etiraz hərəkatı gələn yaydakı prezident seçkilərinin yaxınlaşması ilə daha da güclənəcək. İran rejimi kritik bir nöqtəyə gəlib çatır", - deyə XİN başçısı deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə