Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargahı şərq və cənub-şərqindəki 15 bölgəni müvəqqəti təhlükəsizlik bölgəsi elan edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb kimi son zamanlar ölkədə artan terror hadisələri və davam edən genişmiqyaslı əməliyyatlar göstərilir.
Baş Qərargahdan verilən məlumatda o da qeyd olunur ki, oktyabrın 7-dən gələn il yanvarın 7-dək mülki şəxslərin həmin bölgələrə daxil olması qadağandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB