Ceki Çan Çini dəstəklədi

Məhşur aktiyor Ceki Çan Yaponiya və Çin arasında baş verən adalar qalmaqalı ilə bağlı münasibət bildirib və Pekinə dəstək olduğunu açıqlayıb. Tayvanda film çəkilişləri zamanı jurnalistlərə açıqlama verən çinli aktiyor: "Adalar tamamılə Çinə məxsusdur. Ama mənim fikrim önəmli deyil. Məsələni necə həll etmək iki dövlətin öz aralarında olan məsələdir. Supermen olsaydım adaları Çinə yaxınlaşdırardım", - deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə