Türkiyənin təşəbbüsü ilə Brüsseldə NATO Baş Məclisinin fövqəladə toplantısı çağırılıb. SİA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, NATO-ya 25 üzv dövlətinin səfirləri səviyyəsində keçirilən görüşdə qəbul olunan bəyanatda deyilir ki, Suriya beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Şimalı Atlantika Alyansının təhlükəsizliyini zərbə altına qoyur.
NATO Suriya hökumətini Türkiyəyə qarşı aqressiv hərəkətlərə son qoymağa çağırıb. Bəyanatda deyilir ki, NATO dövlətləri Türkiyəyə öz təhlükəsizliyinin təmin etməsi istiqamətində tam dəstək verəcək. Bildirilir ki, Türkiyə alyansın 5-ci maddəsinə uyğun olaraq NATO-ya hərbi dəstəklə bağlı müraciət etməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB