Nigeriyada tələbə kollecinə təşkil edilən silahlı basqında ən azı 26 nəfər öldürülüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə ölkənin Mobi şəhərindəki Dövlət Politexnik Kollecində baş verib. Hücumda 2 təhlükəsizlik əməkdaşı və 1 kollec işçisi olmaqla ən azı 26 nəfər öldürülüb. Təhsil müəssisəsinin əməkdaşının sözlərinə görə, hücum edənlər tələbələrin otaqlarına soxularaq, köməksiz insanları atəşə tutublar.
Hadisə bir necə saat davam edib. Lakin nə polislər, nə də hərbçilər cinayətkarlara mane ola bilməyib. Hadisənin şahidi olan bəzi tələbələr isə cinayətkarların öz qurbanlarını adları ilə çağırdığını deyir. Bu səbəbdən də cinayətkarların kollecdən olacağına aid şübhələr var. Hücumun kim tərəfindən törədildiyi hələlik məlum deyil. Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam edir.
Məlumat üçün bildirək ki, kollec rəhbərliyinin hücumdan xəbərdar olduğu ehtimal edilir. Belə ki, bir müddət əvvəl kollecin ərazisindən tələbələrin köçürülməsi və 2 oktyabrda - dərslərin keçirilməməsi barədə xəbərdarlıq edilibmiş. Lakin heç bir tədbir görülməyib.
Onu da qeyd edək ki, bu əyalət daha əvvəl də islama qarşı çıxanların hücumlarına məruz qalıb. Hadisənin Nigeriyadakı Boko Haram təşkilatı tərəfindən törədildiyi istisna edilmir. Çünki adıçəkilən təşkilat 2010-cu ildən bəri ən azı 1000 insanın ölümündə günahkar bilinir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB