"Məhkəmə tibb ekspertizası Turqut Özalın nəəşindən gözləniləndən daha çox şey əldə edəcək". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin ədliyyə naziri Sədullah Ergin mərhum 8-ci prezident Turqut Özalın qəbrinin açılması barədə jurnalistlərə məlumat verərkən deyib.
19 il keçməsinə baxmayaraq, Sədullah Ergin təəccüblə qeyd edib ki, Turqut Özalın nəşi ekspertiza üçün uyğun vəziyyətdədir: "Əgər toksik maddə varsa, hökmən üzə çıxacaq".
Xatırladaq ki, Türkiyənin 8-ci prezidenti Turqut Özalın zəhərlənərək öldürülməsi barədə iddiaların ortaya atılmasından sonra prokurorluq ölümün dəqiq səbəblərinin araşdırılması üçün sabiq ölkə rəhbərinin meyitinin ekshumasiyasına qərar vermişdi. Nəticədə, dünən Turqut Özalın nəşinin məzardan çıxarılaraq məhkəmə tibb ekspertizasına göndərilməsi ilə qərar icra olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB