Prezident müxalifətə keçdiyini bəyan etdi

Prezident müxalifətə keçdiyini bəyan etdi

Gürcüstan prezidenti Mixail Saakaşvili rəhbərlik etdiyi "Vahid Milli Hərəkat" partiyasının (VMHP) parlament seçkilərində məğlub olmasını etiraf edərək müxalifətə keçdiklərini bəyan edib.

"Novosti-Qruziya" xəbər verir ki, bununla da VMHP-nin müxalifət təşkilatı olması rəsmən təsdiqlənib.

Xatırladaq ki, oktyabrın 1-də keçirilən parlament seçkilərində milyarder Bidzina İvanaşvilinin rəhbərlik etdiyi "Gürcü arzusu" koalisiyası qalib gələrək səslərin 51 faizindən çoxunu toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə