Canlı yayımda özünə qəsd etdi

Cümə axşamı minlərlə amerikalı polis tərəfindən təqib olunan bir insanın özünə qəsd etməsinin - baş nahiyəsinə silahı tuşlayaraq atəş açmasının şahidi olub. Arizona ştatında baş verən hasdisə "Fox" kanalının tərəfindən canlı yayımlanıb.

Helikopterdə quraşdırılan kameralardan insidentin baş verdiyi an canlı olaraq tamaşaçılara təqdim olunub. Təqib olunan şəxs avtomobilini tərk edərək qaçmağa başlayıb. Lakin ani olaraq dayanıb və özünə qəsd edib.

Bədbəxt hadisəni şərh edən "Fox" xəbərin aparıcısı Şepard Smit sonradan canlı efiri dayandırmadığına görə, tamaşaçılardan üzr istəyib: "Biz düzgün seçim etmədik və buna görə də hamınızdan üzr istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə