Əhmədinejadın çıxışı boykot edildi

Əhmədinejadın çıxışı boykot edildi

Kanada nümayəndə heyəti zalı tərk etdi

Kanada nümayəndə heyəti BMT Baş Assambleyasında Mahmud Əhmədinejatın çıxışını bokyot edib. İTAR-TASS-ın verdiyi məlumata görə, Kanada XİN bununla bağlı xüsusi bəyanat yayıb.

"Biz sakit otura və İranın Qərb əleyhinə, antisemist baxışlarını, nifrətini bəyan etməsini dinləyə bilmərik. Bu çıxış bizim bu ayın əvvəlində İranla diplomatik əlaqələri dayandırmaqla bağlı qərarımızın doğruluğunu təsdiqlədi", - bəyanatda deyilir.

Kanada XİN bildirir ki, İranın addımları bölgədə və dünyada qeyri-sabitliyi gücləndirir: "İran liderləri insan hüquqlarına hörmətsiz münasibətlərini hər zaman nümayiş etdirirlər. İran beynəlxalq ictimaiyyətdən təcrid olunmaqdadır. Baş nazir Stiven Harper və xarici işlər naziri Co Berd dəfələrlə bildiriğb ki, İranı qlobal sülh və təhlükəsizlik üçün ən böyük təhlükə hesab edirlər".

Qeyd edək ki, sentyabrın 7-də Kanada Tehrandakı səfirliyinin bağlandığını elan edib və iranlı diplomatlara Ottavanı tərk etmək üçün beş gün vaxt verib.

Mahmud Əhmədinejatın "sionistlər İran üçün hərbi təhdiddirlər" kimi bəyanatlarını ABŞ və İsrail nümayəndələri də dinləməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə