Liviyada Müəmmər Qəddafinin tutulmasında iştirak etmiş silahlı qrupun üzvləri müəmmalı şəkildə yoxa çıxırlar. Ərəb KİV-lərinin verdiyi məlumata görə, qrupun rəhbərlərindən biri Omran Cuma Şaban və onun əməliyyatda iştirak etmiş üç dostu Bəni-Vəlid şəhəri yaxınlığında naməlum silahlılar tərəfindən ay yarım bundan əvvəl oğurlanıblar. Girov qaldıqları müddət ərzində dəhşətli işgəncələrə məruz qalan Şabanı müvəqqəti hökumətin rəhbəri Məhəmməd Yusif əl-Məqrifin təşəbbüsündən sonra azad etmək mümkün olub. Amma onun yoldaşları haqqında heç bir məlumat yoxdur.
Bəni-Vəlid və ətrafı Müəmmər Qəddafiyə sadiq olan qrupların çoxluq təşkil etdiyi bir regiondur. Buna görə də təzə rejimə rəğbət bəsləyənlərin bralarda tez-tez oğurlandığı, işgəncələrə məruz qaldığı və hətta öldürüldüyü hallar artmaqdadır.
Qeyd edək ki, Omran Şaban girovluqdan azad olunandan sonra müalicə üçün Fransaya gətirilsə də bir neçə gündən sonra Parisin birində dünyasını dəyişib. İç qanaması, həyati əhəmiyyət kəsb edən orqanlarının zədələnməsi və başqa ciddi xəsarətlərdən sonra onun həyatını qurtarmaq mümkün olmayıb.
Bu Qəddafinin vəhşicəsinə öldürülməsində bilavasitə iştirak etmiş şəxslərin başına gətirilən ilk hadisə deyil. Qəddafini öldürən qrupun daha bir neçə üzvü müəmmalı surətdə öldürülüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB