Əhmədinejad sualdan bərk əsəbləşdi

Əhmədinejad sualdan bərk əsəbləşdi

İran prezidenti Mahmud Əhmədinejad reportaj əsnasınkı suala çox sərt cavab verib. Bu, BMT-nin 67-ci iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edən Əhmədinejad CNN-in müxbiri Pyer Morqanın müsahibəsi zamanı olub.

Əvvəllər tez-tez homoseksuallığa qarşı sərt münasibətini bildirən İran prezidentinə "əgər övladlarınızdan biri sizə homoseksual olduğunu desəydi nə edərdiniz" deyə sual verən müxbirə onun cavabı çox sərt olub: "Siz bir insanın homoseksual doğulduğuna inanırsınızmı? Homoseksuallıq yaradılışa ziddir".

Morqanın sualı Əhmədinejadın homoseksuallığı oğurluqla müqayisə edən sözlərindən sonra verib. O "hansısa bir ölkə oğurluğu qanuniləşdirə bilər. Əgər bəziləri nalayiq hərəkəti qəbul edir və ya qanuniləşdirirsə, digər ölkələrin də bunu etməsini gözləmək düzgün deyil " deyə söyləyib.

Onun 2007-ci ildə Kolumbiya Universitetində çıxış edən zaman "İranda homoseksual yoxdur, belə bir hadisənini olduğunu sizə kim deyib bilmirəm" sözləri salonda gülüşmələrə səbəb olmuşdu.

İranda homoseksuallıq həm cinayət, həm də günah sayılır. Bu ilin may ayında 4 homoseksualın edam edilməsi dünya mətbuatında əks-səda doğurmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə