Dünya Qida Proqramı Suriyada davam edən böhran səbəbilə 1,5 milyon insanın aclıqla üz-üzə olduğunu bildirib.
SİA-nın xarici mətbuata istinadan verdiyi məlumata görə, Dünya Qida Proqramı son bir neçə ayda Suriyada qida yardımına möhtac olan insanların sayının 5 qat artdığını və eyni zamanda Suriyadakı aclıq təhlükəsi ilə üz-üzə qalan insanlara kömək üçün 60 milyon dollara ehtiyac olduğunu deyib.
Qeyd edək ki, Dünya Qida Proqramı Suriya Qızıl Aypara cəmiyyəti vasitəsilə hələ də Humus şəhərində 220 min adama qida yardımı edir. Yardımlar xüsusilə evlərini tərk edərək məscid, kilsə, məktəblərdə yerləşmiş insanlara verilir.
Ömər Xıdırov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB