Keçən həftə Fransada nümayiş olunan bir kitab Liviyanın köhnə lideri Müəmmər Qəddafinin kiçik yaşlı qız uşaqlarını qaçıraraq ya da təhdidlə hərəminə aparıb "seks köləsi" olaraq istifadə etdiyini iddia edib. SİA-nın məlumatına görə, kitabda 2004-cü ildə məktəbdə Qəddafiyə çiçək buketi verən Soraya adlı qızın diktatorun adamları tərəfindən qaçırılması haqqında da yazılıb.
"Sunday Times" isə "Qəddafi seks kölələrinə təcavüz etdi" başlıqlı yazı ilə gündəmə gəlib. Yazılarda Fransada nümayiş olunan kitabla əlaqədar "Müəmmər Qəddafi, Liviyanın köhnə diktatoru, məktəbli qız uşaqlarını özünə seks köləsi olaraq xidmət etmək üçün qaçıran təcavüzçü idi" kimi cümlələr işlədilib.
Qızların ailələri isə övladlarını evlilikdən kənar əlaqə yaşadıqları üçün rədd ediblər.
XANIM NAĞIYEVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB