Baş nazir istefa verdi

Qazaxıstanın baş naziri Kərim Məsimov istefa verib. SİA-nın məlumatına görə, dövlət başçısı Nursultan Nazarbayev Məsimovu öz ərizəsinə əsasən baş nazir vəzifəsindən azad edib. Rus mətbuatında baş nazir vəzifəsinə hazırkı baş nazir müavini Serik Axmetovun təyin ediləcəyi, Məsimovun isə Prezident Administrasiyasına rəhbər təyin olunacağı barədə məlumat yayılıb.

Qeyd edək ki, K.Məsimov Qazaxıstan hökumətinə ən uzun müddət rəhbərlik edən baş nazir kimi tarixə düşüb. O, 2007-ci ilin yanvarından bu vəzifədə çalışıb. Pekin Dillər İnstitutunu, Uxan Universitetinin Hüquq İnstitutunu və Qazaxıstan Dövlət İdarəçilik Akademiyasını bitirən Məsimov çin, ingilis və ərəb dillərini bilir.

Bütün xəbərlər Facebook səhifəmizdə