“Balyoz”un yekun qərarı

Türkiyədə artıq 1.5 ildir davam edən "Balyoz" (Çəkic) adlı məhkəmə prosesi başa çatıb. SİA-nın xəbərinə görə, proses nəticəsində 250 nəfəri barədə həbs-qətimkan tədbiri olmaqla 365 şübhəlinin mühakimə olunub. Məhkəmə sabiq hərbi hava donanması komandiri, istefada olan ordu generalı Xəlil İbrahim Fırtına, sabiq hərbi dəniz donanması komandiri, istefada olan admiral Özden Örnek və sabiq 1-ci ordu komandiri, istefada olan ordu generalı Çətin Doğan barəsində xüsusi rejimli ömürlük həbs qərarı verib. Qərara səbəb kimi isə hərbçilərin hərbi dövlət çevrilişinə cəhd etməsi göstərilib. Lakin cəhdin baş tutmamasına görə ömürlük həbs cəzası 20 illə əvəz olunub.

Bundan başqa məhkəminin qərarı ilə bir çox ordu generallarına 18 il, 3 nəfərə isə 16 il həbs cəzası verilib. 34 şübhəlinin bəraət etməsi barədə qərar qəbul edən məhkəmə barələrində həbs-qətimkan tədbiri olan 250 nəfərin məhkumiyyətinin davam etməsini qərarlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə