Nəhəng iqtisadiyyata malik Çin və Amerika Birləşlmiş Ştatları arasında ticarət müharibəsi başlamaq üzrədir. Artıq Çin Ümumdünya Ticarət Təşkilatına ABŞ-dan şikayət edib. Çinin narazılığına səbəb Vaşinqtonun Çin mallarına qarşı tətbiq etdiyi antidempinq siyasətidir. Sadə dillə desək, amerikalılar çinlilərə mallarını Amerikaya Çinin özündəki qiymətdən ucuz qiymətə ixrac etməyə icazə vermirlər.
Antidempinq tətbiq olunan mallar siyahısına kağız, polad, rezin, məişət texnikası və digər məhsullar düşüb.
Amerika Birləşmiş Ştatları isə öz növbəsində Çini 2009-2011-ci illərdə Amerikaya ixrac olunan Çin maşınlarının istehsalını qanunsuz olaraq subsidiyalaşdırmaqda ittiham edib. Amerikalılar buna görə, 1 milyard dollar ziyana düşdüklərini bildirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB