İranın “Suriya” şərti

İranın xarici işlər naziri Əli Əkbər Salehi, Suriyada mərhələli şəkildə ediləcək dəyişikliyə dəstək verəcəklərini ifadə edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Suriya təmas qrupu" konfransı üçün Qahirəyə gedən Əli Əkbər Salehi, Ərəb Birliyinin baş katibi Nəbil Ərəbi ilə görüşüb. Görüş zamanı bölgədəki inkişaf və İranın başçılıq etdiyi "Qoşulmama Hərəkatı"nın nəticələri müzakirə olunub.

Görüşdən sonra mətbuata açıqlama verən Salehi, "Suriyadakı sürpriz dəyişikliyi deyil, mərhələli dəyişikliyi dəstəkləyirik",- deyib.

İranın Suriya hökumətini böhrandan çıxarmaq üçün danışıqlar apardığını bildirən Salehi həmçinin danışıqlarda ev sahibliyi etməyə hazır olduğunu da vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə