200 əsgərə hücum - 10 şəhid, 60 yaralı

200 əsgərə hücum - 10 şəhid, 60 yaralı

Bingöldə dəhşətli hadisə baş verib. SİA-nın verdiyi məlumata görə, faciə bu gün günorta saatlarında baş verib. PKK terroristləri hərbi hissələrinə qayıdan əsgər konvoyunun keçəcəyi ərazidə pusqu qurub və onlara qəflətən hücum edib.

Bingöl valisi Mustafa Xaqan Güvençerin yerli mediaya verdiyi məlumatda isə deyilir ki, hücum nəticəsində ilkin məlumatlara görə 10 əsgər şəhid olub, 60 əsgər isə yaralanıb. M.Güvençer 60 yaralı əsgərdən vəziyyəti ağır olanlar barəsində məlumat versə onların həyatı üçün heç bir təhlükə olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə