Aktyorlara ölüm fətvası verildi

Misirdə Sələfi imamlardan biri müsəlman dünyasını alt-üst edən "Müsəlmanların məsumiyyəti" filmində rol oynayan aktyorları və çəkiliş heyətinin üzvlərini öldürməyə çağırıb.

"Agence France Presse"-ə istinadən verilən xəbərə görə, Fuad Aşuş Məhəmməd peyğəmbəri ələ salan filmin çəkilişində iştirak edən hər bir adam üçün ölüm fətvası çıxarıb.

Aşuş ABŞ və Avropadakı müsəlman gəncləri filmin rejissoru, prodüseri, aktyorları və filmi reklam edən hər bir şəxsi qətlə yetirməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə