Rusiyanın cənubunda keçirilən ilin ən genişmiqyaslı hərbi təlimi olan "Qafqaz-2012" davam edir. SİA-nın xəbərinə görə, təlimlər eyni vaxtda 4 poliqonda, Qara və Xəzər dənizlərinin akvatoriyalarında təşkil olunur. Ötən gün Novorossiyskdə "Rayevski" poliqonunda əsgər və zabitlərin manevrlərini izləyənlər arasında Rusiya prezidenti Vladimir Putin də olub. Dövlət başçısı hərbçilərin hərəkətlərinə "əla" qiymət verərək onları hər zaman Rusiyanın milli maraqlarını və təhlükəsizliyini qorumaq hazır olmağa çağırıb: "Biz ölkəmizin müdafiə qabiliyyətini gücləndirəcəyik. Siz yaxşı hazırlıqlısınız, dünyada baş verənləri görürsünüz, beynəlxalq məsələlərdə güc tətbiqinin, təəssüf ki, artdığını görürsünüz. Bütün bunlar ondan xəbər verir ki, biz öz barıtımızı quru saxlamalı, Rusiyanın müdafiə qabiliyyətini artırmalıyıq".
Qeyd edək ki, bu gün əsas manevrlər Həştərxan vilayətində və Dağıstanda həyata keçiriləcək. Desantçıların və motoatıcı briqadanın iştirakı ilə xüsusi əməliyyat keçiriləcək. Bu zaman gəmi komandası şərti düşmənin sudan və havadan hücumunu dəf edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB