Dünyada ən çox vaxtını televizor arxasında erməni uşaqları keçirirlər. Bu barədə Dünya Səhiyyə Təşkilatı (DST) məlumat verib. Təşkilat keçirdiyi sınağın nəticələrini dərc edib ki, erməni uşaqlarınnı 36%-dən çoxu televizor arxasında gün ərzində 4 saatdan çox vaxt keçirir. Dünya Səhiyyə Təşkilatı hesab edir ki, bu nəticə valideynlərin və mütəxəssislərin ciddi narahatçılığına səbəb olmalıdır.
Ağır iqtisadi durum, işsizlik, cüzi əmək haqqı hər şeydən öncə uşaqlara təsir göstərir. Valideynlər nəinki uşaqları üçün istirahət təşkil etmək, hətta onları normal qidalandırmaq iqtidarında deyillər. Valideynləri xilas edən sehirli çubuq isə televizordur, məsələn, kompüterlər də ola bilərdi, amma bir erməni siyasətçisinin təbirincə deyilsə, onları yalnız "yaz gələr, yonca bitər" variantı ilə gözləmək olar.
Erməni mətbuatının yazdığına görə, hazırda Ermənistanda daha bir kədərli əlamət müşahidə edilir. Qadınların, xüsusilə də tənha anaların Türkiyə və Rusiyaya qazanc dalınca getməsi halları görünməmiş səviyyədə artıb. Onların çoxu uşaqlarını yetimlər evinə düzəldirlər, ya da evdə nənələrinin öhdəsinə buraxırlar. Nə iləsə yaşamalıdırlar axı… Buna görə, uşaqlar üçün ananı daha çox televizor əvəz etməyə başlayıb. İstənilən halda, bu cür uşaqlığı heç cür xoşbəxt, hətta yaxşı belə saymaq olmaz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB