Ermənistanda şənbə günündən start verilən "Əməkdaşlıq – 2012" təlimlərinə Havadan Müdafiə sistemləri də qoşulacaq. SİA-nın newsarmenia.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı qərargah rəisi general-mayor Anatoli Yakovlev verib.
Onun sözlərinə görə, havadan müdafiə sistemləri digər hərbi texnikalarla birlikdə sınaqdan keçiriləcək: "Təlimlərdə 2000 hərbiçi və 500-dən artıq texnikadan istifadə olunacaq. Pilotsuz kəşfiyyat təyyarələri də sınaqdan keçiriləcək".
Qeyd edək ki, təlimlərdə Kollektiv Təhlükəsizlik Şurasına üzv ölkələrin zabit və əsgər heyətinin də iştirak etdiyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB