Əhmədinejad ABŞ yolunda

İran prezidenti Mahmud Əhmədinejadın ABŞ-a səfər tarixi dəqiqləşib. SİA-nın xarici mətbuata istinadən veriyi xəbərinə görə, Əhmədinejad sentyabrın 20-22 tarixlərində ABŞ-a gedəcək. İran Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin baş direktoru Məhəmmədrza Furkaninin sözlərinə görə, İran prezidenti Nyu-York BMT Baş Assambleyasının 67-ci yığıncağında iştirak edəcək: "Prezident və onu müşayiət edəcək nümayəndə heyətinə çərşənbə axşamı viza veriləcəy",- deyib.

Qeyd edək ki, M. Əhmədinejadın prezidentliyinin son ilində ABŞ-a səkkizinci səfəri olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə