İlk dəfə Aya uşan tanınmış Amerika astronavtı Nil Armstronq cümə günü dəfn edilib. Amerika hərbi-dəniz qüvvələrinin ənənəsinə əsasən, Nil Armstronqun dəfn mərasimi onun təyyarəçi kimi xidmətə başladığı hərbi gəmidə keçirilib.
Nil Armstronqun cəsədinin külü Atlantik okeanına səpilib.
İçərisində Nil Armstronqun yaxınları və dostlarının da olduğu "Filippin dənizi" raket kreyseri Florida ştatındakı Meyport şəhərində yerləşən Hərbi Dəniz Qüvvələri bazasından okeana çıxıb. Mərasim hərbi qayda-qanuna uyğun şəkildə həyata keçirilib. Həyat yoldaşı Kerolun astronavtın cəsədinin külünü dənizə səpməsinin ardından fəxri qarovul üç dəfə havaya atəş açıb.
Həmin gün ABŞ prezidentinin sərəncamı ilə Nil Armstronqun xatirəsinə hörmət əlaməti olaraq ölkədəki bütün hökumət binaları və hərbi obyektlərdə dövlət bayraqları endirilib.
Xatırladaq ki, astronavt avqustun 25-də 82 yaşında ürəyində aparılan əməliyyatdan sonra vəziyyətinin gərginləşməsi səbəbindən dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB