Çin-Yaponiya müharibəsi gözlənilir

Çin-Yaponiya müharibəsi gözlənilir

Çinlə Yaponiya arasında Şərqi Çin dənizindəki mübahisəli adalar ətrafında gərginlik artır. Gərginliyi artıran səbəblərdən biri də Çinin bu həftəsonu Şərqi Çin dənizində hərbi təlimlər həyata keçirməsidir. Çinin dövlət televiziyası hərbi təlimlərdə hərbi-dəniz qüvvələrinə məxsus gəmilərin, sualtı qayıqların və aviasiyanın iştirak etdiyini xəbər verir. Qeyd edək ki, iki ölkə arasında gərginliyin artmasına ötən həftə Yaponiyanın fərdi sahibkarın ixtiyarında olan mübahisəli adaları alması təkan verib. Yaponiyada "Senkaku", Çində isə "Diaoyu" adlandırılan adalar yaxınlığında zəngin qaz yataqlarının olduğu ehtimal edilir.

Bu arada, Çinin paytaxtı Pekində növbəti Yaponiya əleyhinə nümayiş keçirilib. Yaponiya səfirliyi önünə toplaşan aksiya iştirakçıları mübahisəli adaların Yaponiya tərəfindən alınmasına etiraz ediblər. Səfirlik binasını dövrəyə alan təhlükəsizlik qüvvələri izdihamın hücumuna məruz qalıb. Nümayişçilər polislərə su şüşələri, banan, pomidor və yumurta atıb, mmübahisəli adaların Çinə məxsus olduğunu bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə