Bayraqlar yandırıldı!

İngiltərənin paytaxtı Londonda "Müsəlmanların Məsumiyyəti" adlı filmə etiraz edən bir qrup müsəlman, ABŞ səfirliyi önündə toplanaraq aksiya keçiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, etirazçılar bununla kifayətlənməyərək, ABŞ və İsrail bayraqlarını da yandırıblar.

Etirazçılardan Ancek Çodarinin söylədiyinə görə, ABŞ tərəfindən çəkilmiş film, Amerika dövlətinin bizə qarşı həyata keçirdiyi siyasətin yalnız görünən hissəsidir: "Amerika torpaqlarımızı işğal etdikdən sonra, Guantanama düşərgəsində müsəlmanlara işgəncə edir və onlara pis davranan diktatorları dəstəkləyir. Artıq müsəlmanlar bu edilənlərə qarşı bitərəflik nümayiş etdirməyəcək. Dünyanın harasında olsaq da, ABŞ və digər bizi yıxmağa çalışan dövlətlərə daima cavabımız olacaq".

Qeyd edək ki, ingilis polisləri səfirlik binası ətrafında ciddi təhlükəsizlik tədbirləri görüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə