Bu ölkədə artıq polislər intihar edir

Bu ölkədə artıq polislər intihar edir

Ermənistanda polis əməkdaşı intihar edib. Ermənistan mətbuatının verdiyi məlumata görə, 27 yaşlı polis əməkdaşı K.Manukyanın cəsədi bu gün İrəvan küçələrində yerləşən xüsusi evlərin birində aşkar edilib.

Polis əməkdaşı kəndirlə özünü asıb. Qeyd edək ki, intiharın motivləri hələlik məlum olmasa da, özünü öldürmə faktının nə səbəbə baş verdiyini bilmək elə də çətin deyil. Bu ölkədə ağır, dözülməz sosial şərait erməniləri ya öz torpaqlarını tərk etməyə, ya da həyatlarına qəsd etməyə vadar edir.

Bütün xəbərlər Facebook səhifəmizdə