Əhmədinejad düşmənlərini günahlandırdı

“Bu, müharibədir və İran ondan qalib çıxacaq”
Əhmədinejad düşmənlərini günahlandırdı

İran prezidenti Mahmud Əhmədinejat ölkəsinin düşmənlərini İranda quraqlıq yaratmaq cəhdində ittiham edib. Onun sözlərinə görə, onlar İrana doğru hərəkət edən yağış buludlarını dağıdırlar. Məlumatı Reuters yayıb.

"Düşmən ölkəmizə doğru gələn buludları dağıdır. Bu, müharibədir və İran ondan qalib çıxacaq", - Mahmud Əhmədinejat deyib.

İran ərazisi dünyanın ən quraqlıq bölgələrindən biridir. Mütəxəssislərin sözlərinə görə, bu il yağıntının az olması daha çox quraqlığa səbəb olub və bu, məhsuldarlığa təsir edə bilər.

Xatırladaq ki, Mahmud Əhmədinejat ötən il də bəyan etmişdi ki, Qərb fövqəldövlətləri İranı süni yolla yağıntısız qoymaqla ölkəni məhv etmək niyyətindədirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə